Azərbaycanlı güləşçi İran çempionu oldu – FOTO

İranın yunan-Roma güləşi üzrə klub çempionatı başa çatıb.

Yəzd şəhərində keçirilən yarışda Eldəniz Əzizlinin heyətində yer aldığı “İran Mall” çempion olub.

Dünya və Avropa çempionumuz iki görüş keçirib. Pəhləvanımız əvvəlcə Mehriqan Cahangirini 8:0 hesabı ilə məğlub edib. Eldəniz daha sonra Masib Əkbəriyə gücünü göstərib – 10:2.

Qeyd edək ki, bu komanda 5-6 dekabrda Tehranda keçiriləcək klublararası dünya çempionatında İranı təmsil edəcək.






Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *