Xaçmazda 20 yaşlı şəxsi qatar vuraraq öldürüb

Xaçmaz rayonunda ölüm hadisəsi qeydə alınıb.

Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndi ərazisində baş verib.

Xaçmaz rayonu, Çarxı kənd sakini 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlunu dəmiryol xəttində qatar vurub. 20 yaşlı gənc hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *