Biləcəridə evdən külli miqdarda pul və qızıl oğurıayan şəxs tutulub

Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı və Qaradağ RPİ 10-cu polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsi ərazisindəki evdən 5000 manat və 2300 ABŞ dollar, habelə 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Z.Orucov saxlanılıb.

Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *