Nizami rayonunda piyadanı vurub, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, noyabrın 12-də H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini E.Ağaməmmədov vurulub.

Nəticədə piyadaya xəstəxanada tibbi yardım göstərilib.

Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Qasımov saxlanılıb.

Araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *