Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyan rayonunda yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində Cəlilabad rayon sakinləri, 1939-cuil təvəllüdlü Şirinova Şarıgül və 1993-cü il təvəllüdlü Feyziyeva Aida Zahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *