Bakıda avtomobillərdən külli miqdarda pul oğurlayan şəxslər tutulub

Median.Az xəbər verir ki, Suraxanı RPİ 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 14-də rayon ərazisindəki bir avtomobildən 6000 manat oğurlayan Bakı şəhər sakini Z.Bayramov saxlanılıb.

Bundan başqa, Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 30-da rayon ərazisində “Renault” markalı avtomobildən 2350 manat oğurlayan Füzuli rayon sakini R.Həsənov saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *