Göygöldə ağır qəza törədib, hadisə yerindən qaçan sürücü tutulub

Median.Az xəbər verir ki, noyabrın 15-də Zurnabad kəndi ərazisində, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.İsmayılov idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb, hadisə yerini tərk edib. Nəticədə avtomobildəki sərnişinlərdən Gülnur Qocayeva hadisə yerində ölüb,
digər 3 sərnişin – Niyaməddin Qocayev, Elnur Quliyev, Dilbər Kərimovanın Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

Göygöl RPŞ əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan sürücü –
Taleh İsmayılov noyabrın 16-da tutulub.

RPŞ İstintaq bölməsində CM-nin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *