Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq – SƏBƏB

Noyabrın 19-da Sumqayıt şəhərinin 70 illik yubileyi münasibətilə şəhərdə bayram tədbiri keçiriləcək.

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin sözçüsü, polis kapitanı Elçin Qasımov Trend-ə bildirib ki, bayram tədbiri ilə bağlı həmin gün şəhərin Sülh prospekti ilə Koroğlu, Bakı, Nəriman Nərimanov, o cümlədən Heydər Əliyev prospektinin kəişmələrində və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən xahiş olunur ki, həmin gün alternativ yollardan istifadə etsinlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *