Sərnişinlərin NƏZƏRİNƏ! Bu tarixdə Bakı-Sabunçu qatarı işləməyəcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sərnişinlərə müraciət edib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu -Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.

“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur” deyə, məlumatda qeyd olunub.//Baku.ws

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *