Masallıda evdən pul və qızıl oğurlayan keçmiş məhkum tutulub

Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki evdən 500 manat və 1250 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Şərəfə kənd sakini, əvvəllər məhkum olunmuş R.Zeynalov saxlanılıb.

RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *