Tbilisidə etirazçılar parlament binasını yenidən bloklamağı planlaşdırırlar

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası davam etdirilir.

Median.Az report-a istinadən xəbər verir ki, aksiyanı “Utanc” hərəkatı təşkil edib.

Müxalifət partiyalarının liderləri və tərəfdarlarının da qatıldığı aksiyada az kütləvilik müşahidə olunur.

Parlamentin binası önündəki Rustaveli prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunmur.

Təşkilatçılar bildiriblər ki, noyabrın 24-də kütləvi mitinq keçiriləcək və parlamentin binası yenidən bloklanacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *