Nərimanovda vətəndaşların telefonlarını oğurlayan 2 nəfər tutulub

Median.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də rayon ərazisində iki vətəndaşın mobil telefonlarını oğurlayan Bakı şəhər sakini E.Əzimov və Abşeron rayon sakini S.Məmmədov saxlanılıblar.

Nərimanov RPİ İstintaq şöbəində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *