Qazaxda piyadanı maşın vurub

Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Ağ köynək kəndindən keçən hissəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Məmmədli Elvin Vilayət oğlu yolu keçmək istəyərkən minik avtomobili onu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *