Ata 12 yaşlı qızını hamamda ölü tapdı

Bakıda 12 yaşlı qız müəmmalı şəkildə dünyasını dəyişib.

Hadisə Sabunçu rayonu, Ramanı qəsəbəsi, Gülçülük Sövxozu yaxınlığında qeydə alınıb.

Həmin ərazidə nömrəsiz evlərin birində yaşayan 2007-ci il təvəllüdlü Fidan Şəmsi qızı İsmayılzadə atası tərəfindən huşsuz vəziyyətdə tapılıb.

Qızı atası Şəmsi İsmayılov kapron vannada tapıb.

Fidan İsmayılov Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimləri tərəfindən 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Lakin həkimlər qızın həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.
/Baku.ws/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *