Azərbaycanda 1-ci sinif şagirdi məktəbdə öldü

Məktəb direktoru 1-ci sinif şagirdinin ölümünə münasibət bildirib.

Median.Az M.Ş. Vazeh adına 16 saylı tam orta məktəbin direktoru Elnurə Yusifova APA-ya bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub. Bu gün səhər saatlarında şagirdin halı qəfildən pisləşib. Məktəbə təcilli tibbi yardım çağırılıb. X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb.

* * * * *

Gəncədə bədbəxt hadisə baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə 16 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızının məktəbdə halı pisləşib və o yıxılıb. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *