Millimizdə yeni baş məşqçi təyinatı – FOTO

Azərbaycanın pauerliftinq milli komandasında yeni baş məşqçi təyinatı olub.

Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, bu, əməkdar məşqçi Azər Mustafayevdir.

Onun ilk ciddi sınağı 4-8 dekabr tarixlərində keçiriləcək WRPF, WEPF, WAF və WSF-in birgə keçirdiyi sayca beşinci dünya çempionatında olacaq. Həmin dünya çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək.


Qeyd edək ki, əvvəl baş məşqçi statusunda Şəmsi Bayramov gedirdisə, onun təyinatı qeyri-rəsmi xarakter daşıyırdı.

Bundan başqa, Hafiz Verdiyev Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin köməkçisi təyin olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *