Göyçayda avtomobil qəzasında xəsarət alan 6 nəfərin adları məlum olub – FOTO – YENİLƏNİB

Göyçayda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, bu gün axşam saatlarında Göyçayın Bığır kəndi ərazisində iki “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri – 1964-cü il təvəllüdlü Abbasov Əmirşah Aslan oğlu, 1964-cü il təvəllüdlü Abbasova Qənimət Xəlil qızı, 1972-ci il təvəllüdlü Məmmədov Samir Sabir oğlu, 2007-ci il təvəllüdlü Seyidov Rövşən Əziz oğlu, 2004-cü il təvəllüdlü Məmmədzadə Elmir Samir oğlu və 1981-ci il təvəllüdlü Seyidov Əziz Vüsal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılardan ikisinin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

***

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 207-ci kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb. “VAZ 2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *