Göygöl rayonunda itkin düşən 15 yaşlı oğlan avtovağzaldan tapıldı

Göygöldə itkin düşən yeniyetmə tapılıb.

Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Mollacəlilli kəndində baş verib.

Kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cahangir Xəyyam oğlu noyabrın 17-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

C.Cəfərovun anası Könül Cəfərova polisə müraciət edərək bildirib ki, oğlunu noyabrın 25-də Göygöl rayon avtovağzalından tapıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *