“Koroğlu”da yaşanan ənənəvi xaos -VİDEO XƏBƏR

Bakı metrosunun “Koroğlu” stansiyasının qarşısında yenə də pik saatlarda nəqliyyat xaosu yaşanır.

Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, Baku.Tv-nin “Xəbər” buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, yaranan vəziyyətə görə hamı bir birini günahlandırır.

“Avtobus burda saxlayır, burda da minirik. Heç dayanacaqda minən yoxdur”- şəhər sakini gileylənir

Digər sakin isə taksi sürücülərini günahlandırır: “Bu tıxacın yaranmasına səbəb avtobuslar deyil, burda dayanan taksilərdir”.

Saat 7-8 radələrinə yaxınlaşdıqca buradakı gərginlik də artır. Hami evinə tələsir, buna görə vətəndaları həyatı təhlükəsi bahasına olsa da yolun ortasında görürük.

Saat 18:30 radələrində isə sıxlıq daha da artır. Yolun əks tərəfində hərəkəti tənzimləmək üçün, BNA-nin əməkdaşları çalışsa da, digər tərəfdə hər hansı bir əməkdaşa rast gəlinmir.

Ərəzidəki problemi çəkib göstərməyimiz ilk deyil, amma hər dəfə ümid edirik ki, bu sonuncu olacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *