Kliniki Tibbi Mərkəz dəm qazından zəhərlənmə ilə 152 nəfər qəbul edib

“İlin əvvəlindən bu günə kimi dəm qazından zəhərlənmə ilə bağlı 152 nəfər qəbul olunub”.

Bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. Onun sözlərinə görə, qazdan zəhərlənənlərin 80%-ni kişi, 20%-ni qadınlar təşkil edir: “Onlar arasında 16 nəfər azyaşlı olub. Zəhərlənənlər arasında ölüm halı qeydə alınmayıb”.

A.Maqsudov həmçinin qeyd edib ki, noyabrda 18 nəfər dərmandan zəhərlənib və ölüm hadisəsi olmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *