Hacıqabulda avtomobil piyadaları xəstəxanalıq etdi

Hacıqabulda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Talış-Meyniman kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, “Jiquli” markalı avtomobil iki nəfər piyadanı vurub.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *