Xaçmazda həmyerlisini öldürən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Əhməd Yaqubovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az xəbər verir ki, bu il aprelin 6-ı saat 21 radələrində Xaçmaz şəhəri ərazisindən, şəhər sakini Etibar Cavadovun (1993-cü il təv.) kəsilmiş-deşilmiş xəsarətlə Mərkəzi rayon xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəhər sakini Ə.Yaqubov saxlanılıb. Mərhum Etibar Cavadov üç uşaq atası olub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Baxış dekabrın 13-nə təyin edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *