Lerikdə maşın körpüdən çaya aşdı: Ölənlər var – FOTO

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Şıxondi kəndində qeydə alınıb.

Noda kənd sakini, 1985-ci il təvəllüdlü Qurbanov Mail Hətəmxan oğlunun idarə etdiyi “KİA” markalı avtomobilin qarşısına mal-qara çıxıb. Nəticədə, idarəetməni itirən sürücü maşını körpüdən çaya aşırıb.

Qəza zamanı sürücü M.Qurbanov və sərnişin, 1981-ci il təvəllüdlü Ağayev Nazim Möhəbbət oğlu hadisə yerində ölüb. Digər sərnişin, 1982-ci il təvəllüdlü Ağayev Vüsal Cəlal oğlu xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Hər üç şəxs Noda kənd sakinləri olub.

Faktla bağlı Lerik rayon Polis Şöbəsində araşdırma aparılır.
/oxu.az/







Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *