Bakıda iki nəfər maşında güllələndi – YENİLƏNİB + FOTO

Bakının Yasamal rayonunda baş vermiş silahlı insident zamanı yaralananların sayı artıb.

APA-nın məlumatına görə, “Niva” markalı avtomobildə daha bir nəfər – sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

* * * * *

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib.

Ona ümumilikdə üç güllə vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *