Zaqatalada bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb

Zaqatalada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında, Zaqatala-Muğanlı avtomobil yolunda, Üçüncü Tala kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı Üçüncü Tala kənd sakinləri – 1954-cü il təvəllüdlü Abdullayeva Sevil Rəsul qızı, onun oğlu, 1978-ci il təvəllüdlü Abdullayev Vüsal Ziyad oğlu və nəvəsi 2011-ci il təvəllüdlü Abdullayev Ziyad Vüsal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla baglı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *