Saatlıda 25 yaşlı qadın əri tərəfindən döyülüb

Saatlı rayonunda döyülmə hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Mollavəzli kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynova Ülviyyə Əlabbas qızı ailə münaqişəsi zəminində əri tərəfindən döyülüb. O, kürək, sağ göz nahiyələrindən və sağ əlinin beşinci barmağından müxtəlif dərəcəli xəsarətlər alıb. Ü.Hüseynova Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *