Bakıda mənzildə naməlum meyit aşkarlanıb

Bakıda mənzildə naməlum meyit aşkarlanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *