Azərbaycan Çin bazarına toyuq əti çıxara bilər

Azərbaycan toyuq və giləmeyvə ixracı ilə bağlı potensial bazarlar axtarışındadır.

Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.

O bildirib ki, sahibkarların müraciətləri nəzərə alınaraq, Koreya və Çin bazarlarına Azərbaycan məhsullarının ixracı ilə bağlı müraciətlər edilib:

“Çin bazarına toyuq məhsullarının ixracı ilə bağlı müraciət etmişik. Eyni zamanda, Koreya və Çin bazarına giləmeyvələrin ixracı ilə bağlı danışıqlar gündəmdədir”.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *