Bakıda avtomobil 57 yaşlı piyadanı vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.
Axundov bağı ərazisində 1962-ci il təvəllüdlü Hüseynov Vahid Səfər oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *