Bakı-Qazax magistral yolunda sərnişin avtobusu piyadanı vurub öldürüb

Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində Bakı-Gəncə marşrutu üzrə hərəkət edən 10-UD-395 dövlət nömrə nişanlı sərnişin avtobusu şəxsiyyəti məlum olmayan piyadanı vurub.

Median.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla Bağlı BDYP tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *