Sumqayıtda yataqxanada 2 nəfərin meyiti tapılıb

Sumqayıt şəhərinin 18-ci məhəlləsində yerləşən yataqxanaların birində mənzildən 2 meyit tapılıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, yataqxanada ətrafa üfunət iyi yayıldığını görən qonşular aidiyyəti qurumlara müraciət ediblər.

Müvafiq qurumlar mənzilin qapısını açaraq içəridə 2 nəfər kişinin meyitini aşkarlayıblar. Araşdırma nəticəsində onların içki məclisindən sonra öldüyü məlum olub. Ehtimal olunur ki, həmin şəxslər yeyib-içdikdən sonra ehtiyatsızlıqdan mənzildə yanğın törədiblər. Həmin şəxslərin məhz tüstüdən zəhərlənərək öldüyü məlum olub.

Meyitlərə baxış keçirilən zaman onların çürüdüyü və hadisənin 5 gün əvvəl baş verdiyi istisna olunur.

Ölənlərdən birinin şəxsiyyəti müəyyənləşib. Bu, 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *