Sumqayıtda qəbiristanlıqda kişi meyiti tapılıb

Sumqayıtın Corat qəsəbəsinin qəbiristanlığında kişi meyiti aşkarlanıb.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, araşdırma nəticəsində meyitin 1946-cı il təvəllüdlü Corat qəsəbə sakini Mürsəlov Hacıbala Hacıbaba oğlu olduğu məlum olub.

Qeyd edək ki, 74 yaşlı kişi ötən gün saat 12:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmadığından yaxınları hüquq-mühafizə orqanlarına onun itkin düşdüyü barədə məlumat vermişdilər.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *