Ukraynalı məmuru oxla yaraladılar – FOTO

Ukraynanın Borispol şəhərində yerli məmuru yaşadığı evin yaxınlığında arbalet oxu ilə əlindən vurublar.

UNİAN xəbər verir ki, yaralanan Borispol şəhər administrasiyasının təhsil idarəsinin işçisi Nina Kovaldo olub.

Şahidlərin sözlərinə görə, onlar bağırtı, sonra isə avtomobil siqnalizasiyasının səsini eşidiblər. Qonşular həyətdə qan içində olan qadının köməyinə gələrək onu xəstəxanaya yola salıblar.

Bildirilib ki, ox onun sol əlini deşib keçib.

Polis cinayətkarın axtarışına başlayıb.





Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *