Goranboyda 30 yaşlı kişinin əmisi oğlu tərəfindən bıçaqlandığı məlum olub – YENİLƏNİB

Goranboy rayonunda 30 yaşlı kişinin əmisi oğlu tərəfindən bıçaqlandığı məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Meşəli kənd sakini, 1990-cı il təvəllüdlü Sənan Əli oğlu İsmayılov əmisi oğlu tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxsin Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Qeyd edək ki, 2 bıçaq xəsarəti alan S.İsmayılovun müalicəsi Goranboy rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Goranboy rayonununda bıçaqlanma hadisəsi olub.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Meşələr kənd ərazisində qeydə alınıb.

Yaralı şəxs ağır halda xəstəxanaya yerləşdirilib. Onun qardaşı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *