Bakıda ehtiyatsızlıq edən balıqçının boğazını bıçaq kəsdi

Nizami rayonunda 34 yaşlı kişi ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb.

Hadisə 8-ci kilometr qəsəbəsində yerləşən bazarda baş verib.

Belə ki, bazarda balıq satışı ilə məşğul olan 1986-ci il təvəllüdlü Rüstəmov Tural Rafiq oğlu ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə bıçaq onun boğazına batıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Ona boğazın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *