Bakıda qapısı bağlı qalan mənzildə meyit aşkar olunub

Bakıda mənzildən meyit tapılıb.

Median.Az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Səfərova Ofeliya Şahgəldi qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.//apa

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *