Türkiyədə güclü zəlzələ olub, dağıntılar var – YENİLƏNİB-1

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olub.

APA-nın məlumatına görə, bir nəfərin yaralandığı bildirilib.

***

Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib.

Report xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 7 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Avropa Aralıq Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ İsrail, İraq və Suriyada da hiss olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *