Bakıda 50 yaşlı kişini döyüb xəstəxanalıq etdilər

Paytaxtın Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə Pirşağı qəsəbəsi, “Lager” düşərgəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü İsmayılov Elçin Şirindil oğlu yaşadığı binanın yaxınlığında tanımadığı şəxslərlə mübahisə zəminində döyülüb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *