Yevlaxda qadın kanalda batıb

Yevlaxda bir nəfər kanalda batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Qarabağ kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Hazırda 1965-ci il təvəllüdlü Şölə Nağı qızı Rəsulovanın axtarışları davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *