Məzahir Pənahov bəzi namizədlərə xəbərdarlıq etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deputatlığa namizədlərə xəbərdarlıq edib.

MSK sədri bildirib ki, deputatlığa namizədlərin hər biri seçkiqabağı təşviqat kampaniyası zamanı özünün görəcəyi işlər barədə məlumat verməlidir.

“Namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdir”, – deyə M.Pənahov əlavə edib.

O deyib ki, seçkiqabağı təşviqat zamanı deputatlığa namizədlər öz qələbəsini başqasının məğlubiyyəti üzərində qurmamalıdır:

“Bir namizədin hansısa formada digər namizədə qarşı kampaniya aparması yolverilməzdir. Bu, qanuna ziddir. Bu cür namizədlərə xəbərdarlıq edilməlidir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *