Betonqarışdıran maşının aşması nəticəsində xəsarət alan şəxsin kimliyi bilindi – YENİLƏNİB

Şəmkirdə baş vermiş yol qəzasında xəsarət alan şəxsin kimliyi müəyyən edilib.

APA-nın məlumatına görə, bu, 1976-cı il təvəllüdlü İbarahimov Elçin Məstan oğludur.

***

Şəmkir rayonunda betonqarışdıran maşın minik avtomobili ilə toqquşub.

“Report”un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşınının “VAZ-2106” markalı avtomobillə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *