Azərbaycanda güclü külək fəsadlar törətdi: Elektrik xətlərinə ciddi ziyan dəydi

Gəncədə baş vermiş güclü külək nəticəsində qırılan elektrik xətlərinin hazırda bərpası aparılır.

Bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında iri gövdəli çinar ağacı elektrik xəttinin üzərinə düşüb:

“Nəticədə, Gəncə və Şəmkir bölgəsinin bir neçə ərazisində elektrik xətlərinə ciddi ziyan dəyib. Bu gün saat 12:00-a kimi problem aradan qaldırılacaq”.

“Bakıda və digər bölgələrdə işıqla bağlı heç bir problem yoxdur”, – deyə T.Mustafayev qeyd edib.

Xatırladaq ki, ötən gün axşam saatlarında Gəncədə başlayan güclü külək nəticəsində şəhərin bəzi ərazilərində irigövdəli ağaclar aşaraq elektrik və qaz xətlərini sıradan çıxarıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *