“Formula-1” üzrə Çin Qran-Prisi virusa görə ləğv olundu

“Formula-1” üzrə Çin Qran-Prisi bu il keçirilməyəcək.

Aprelin 19-da keçiriləcək yarış Şanxay İdman Federasiyasının rəsmi qərarı ilə ləğv edilib.

Buna səbəb Çində yayılan koronavirusdur. Bu məsələ ilə bağlı hələlik Beynəlxalq Avtomobil Federasiyası və “Formula-1” rəhbərliyi rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, daha əvvəl “Formula E” üzrə Çin Qran-Prisi ləğv olunmuşdu.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *