Daşkəsən polisinə yeni rəis müavini təyin edildi

Daşkəsən rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.

“Report”un məlumatına görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Elzadə Cəfərov Daşkəsən rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, E.Cəfərov bu təyinata qədər Salyan rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi çalışıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *