“Azəriqaz”ın mütəxəssisləri İçərişəhərdə partlayış baş verən əraziyə baxış keçirib

“Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri İçərişəhərdə partlayış baş verən əraziyə baxış keçiriblər.

İstehsalat Birliyindən oxu.az-a bildirilib ki, Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə baş verən partlayışla bağlı “Azəriqaz”ın mütəxəssisləri də həmin məkana baxış keçiriblər.

İlkin qənaət belədir ki, hadisəyə mənzildaxili qaz sızması səbəb olub. Həmin yerin yaxınlığından keçən yeraltı qaz xətti də ciddi şəkildə yoxlanılıb.

Nəticə etibarı ilə bu kəmərdə hər hansı qaz sızması aşkarlanmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *