“Ənsarullah” üzvləri Səudiyyə Ərəbistanının hərbi təyyarəsini vurub

Yəmənin şimalını nəzarətdə saxlayan “Ənsarullah” hərəkatının üzvləri Səudiyyə Ərəbistanı ilə sərhəddə hərbi təyyarəni vurublar.

Bu barədə “Reuters” hərəkatın rəsmi nümayəndəsi Yəhya Sariaya istinadla xəbər yayıb.

Onun sözlərinə görə, təyyarə “hava-torpaq” tipli raketlə vurulub.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Səudiyyə Ərəbistanı hərbçiləri qəza xəbəri barədə hələlik şərh verməyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *