Gəncədə yol qəzası baş verdi, ölən və yaralananlar var – YENİLƏNİB

Gəncə şəhərində baş verən yol qəzasında yaralananların adları məlum olub.

“Report”un məlumatına görə, 1980-ci il təvəllüdlü Natiq Namiq oğlu Abbasovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılıb.

Digər yaralı, 1988-ci il təvəllüdlü Səbuhi Akif oğlu Həsənov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

***

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə Gəncə İdman Kompleksinin qarşısında qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin hasara çırpılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *