İranda koronavirusdan ölənlərin sayı artdı

İranda yeni növ koronavirusdan ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı IRNA agentliyi yayıb.

Bildirilib ki, ölkənin 10 – Tehran, Qum, Gilan, Mazandaran, Simnan, Əlborz, İsfahan, Mərkəzi, Həmədan, Xorasan Rəzəvi əyalətlərində koronavirusa yoluxma halı təsdiqlənib.

Ümumilikdə 61 nəfərə koronavirus diaqnozu qoyulub. Bunlardan 13-ü ölüb, 3-ü isə sağalıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *