Bakıda çoxmərtəbəli binada yanğın baş verib – FOTO

Bakının Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Gülarə Qədirbəyova küçəsi 8 ünvanında baş verib.

18 mərtəbəli binanın 4-cü mərtəbəsində eyvanda alov başlayıb. Evdə heç kim olmadığından əraziyə cəlb edilən FHN əməkdaşları xüsusi texnika ilə eyvana daxil olub. Alovun qarşısı alınıb.

Hazırda ərazidə FHN-in 4 texnikası və canlı briqadası yanğının səbəblərini araşdırır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *