15 yaşlı qız dəm qazından zəhərləndi

Qəbələ rayonunda dəm qazından zəhərlənmə olub.

APA-nın xəbərinə görə, Qəbələ şəhər sakini, 2005-ci il təvəllüdlü Yusifova Aytəkin Surxay qızı yaşadığı evdə kustar üsulla quraşdırılan qızdırıcının içəri buraxdığı dəm qazından zəhərlənib.

O, təcili olaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *